Son 5 il ərzində Bakıda yanvarda aparılan monitorinq zamanı məlum olub ki, ötən dövrlərlə müqayisədə bu ay havanın çirklənmə səviyyəsi 30 faiz azalıb.
Median.Az azertac-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda məlumat verib.
O, bunu pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərlə izah edərək bildirib: “Paytaxtda havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Pandemiyanın təsiri nəticəsində çirklənmə səviyyəsi xeyli azalıb. Yaxşı olardı ki, bu, təkcə pandemiya ilə əlaqədar baş verməsin, ümumiyyətlə havanın tərkibində çirklənmənin faizi azalsın. Pandemiya göstərdi ki, müəyyən tədbirlər görülsə, həqiqətən də havanın vəziyyətini yaxşılaşdırmaq mümkündür”.