Ceyhun Bayramov: ”Xocavənddə diversiya qrupunun 62 üzvü saxlanılıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |    

Ceyhun Bayramov: ”Xocavənddə diversiya qrupunun 62 üzvü saxlanılıb”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Qaynarinfo-ya verilən məlumata görə, məktubda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərdə bərpa və reinteqrasiya üzrə geniş miqyaslı işlərə başladığı bir vaxtda Ermənistanın bölgədə sülh, əməkdaşlıq və inkişafın təmin edilməsinə təhdid təşkil edən fəaliyyəti barədə məlumat verilir.

Belə ki, Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeyd olunaraq, Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığı bildirilir.

Birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərində bu kimi diversiya-təxribat fəaliyyətinin Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutu olduğu BMT baş katibinin diqqətinə çatdırılır.

Məktubda Ermənistanın Azərbaycan ərazilərində bu kimi sabitliyin pozulmasına yönələn fəaliyyətdən çəkindirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi müraciəti əks olunur. Həmçinin bölgədə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasını vəd edən birgə bəyanatın icrasının dəstəkləməsində BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin mühüm rolu vurğulanır.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq olar: https://undocs.org/a/75/689.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            498 08.01.21 20:27