Bakıda vətəndaşları qeyri-qanuni işə götürən şəxs saxlandı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.