Məcburi köçkünlərin doğma yurdlarına qayıtması necə müəyyənləşdiriləcək? - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Məcburi köçkünlərin doğma yurdlarına qayıtması necə müəyyənləşdiriləcək? - RƏSMİ

“Vətən Müharibəsindən sonra doğma yurdlarına qayıtmaq üçün komitəyə müraciətlərin sayı artıb”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.

O qeyd edib ki, məcburi köçkünlər müraciətlərində daimi məskunlaşmaqla yanaşı, Qarabağın yenidən canlandırılması, orada bərpa və quruculuq işlərində fəal iştirak etmək niyyətində olduqlarını bildirirlər.

“Müxtəlif beynəlxalq xarici təsisatlar, özəl şirkətlər və dövlət qurumları, eləcə də, bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən məcburi köçkünlərin qayıdışı ilə bağlı sorğu keçirilib.

Sorğuların yekdil nəticəsinə əsasən, məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti - 90 faizdən artığı doğma torpaqlarına qayıtmaq niyyətindədir.

Dövlət başçısının qərarı ilə məcburi köçkün və qaçqınlar arasında hərtərəfli, genişmiqyaslı sorğu keçiriləcək. Bununla bağlı tapşırıqlar verilib. Dövlət Komitəsi olaraq həmin sorğunun anketinə daxil olacaq suallar üzərində işləyəcəyik. Müxtəlif təkliflər hazırlanır.

Bu, böyük sosioloji tədqiqatın predmetidir. Burada əsas məqsəd məcburi köçkünlərin niyyətini öyrənmək, digər tərəfdən isə hər bir rayon, kənd, qəsəbə üzrə sosial-iqtisadi profili yaratmaqdır. Dövlət Komitəsində məcburi köçkünlərə dair vahid elektron baza mövcuddur”, - deyə o qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            366 08.01.21 15:55