Лондон
C

Şəhid və qazi ailələri üçün “YAŞAT kart” hazırlanır: Xüsusi güzəştlər olacaq - RƏSMİ

“Artıq xüsusi “YAŞAT kart” ilə bağlı layihə düşünürük. Hər bir ailəyə bu kart veriləcək”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı keçirilən məlumat konfransında bildirib.

O qeyd edib ki, şəhid və qazi ailələri həmin kartlar vasitəsilə marketlər, hotellər, ictimai iaşə obyektləri və digər yerlərə yaxınlaşanda xüsusi güzəştlər olunacaq.

Ü.Mehdiyev qeyd edib ki, Azərbaycan xalqı Fonda ianə edəcəksə, daha böyük layihələr həyata keçirmək mümkün olacaq:

“Düşünürəm ki, layihələri və problemləri həyata keçirmək üçün ianə toplanacaq”.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев