Rusiya və Azərbaycan işğaldan azad olunmuş əraziləri minalardan təmizləyir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Rusiya və Azərbaycan işğaldan azad olunmuş əraziləri minalardan təmizləyir - VİDEO

Rusiya və Azərbaycanın Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşları işğaldan azad olunmuş Azərbaycan ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizləməsi əməliyyatlarını davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ramiz Hüseynov jurnalistlərə müsahibəsində bildirib ki, dünəndən etibarən Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi əməliyyatlarına başlayıb.

Bu əməliyyatlara Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb olunub. Bu işlərlə yanaşı razılaşdırılmış və təsdiq olunmuş tədris və təlim proqramına uyğun olaraq Rusiya Federasiyası mütəxəssisləri ilə birlikdə tədris və təlim kursları da davam edir. Kurslar nəzəri və praktik şəkildə həyata keçirilir.

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edəcək “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin isə deyib:

“Üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycan tərəfinə qaytarılan ərazilərin minalardan təmizlənməsi məqsədilə 4 yanvar tarixindən gəlmiş 20 nəfərlik heyət işə başlayıb. Hazırda minalanmış ərazilərdə təmizləmə işləri aparılır. Artıq iki min kvadratmetr sahədə 25 piyada əleyhinə mina zərərsizləşdirilib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 07.01.21 18:02