Beynəlxalq Cüdo Federasiyası Bakıda Olimpiadaya lisenziya verən yarışı ləğv etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
00:00 Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan vəfat edib  |     23:50 Azərbaycan diasporu Niderland Krallığının parlamenti və senatına müraciət edib  |     23:42 Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı kompozisiya  |     23:34 Xəbər indilərdə açıqlandı: Bu yollar bağlanır  |     23:17 Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb  |     22:59 Hacıqabulda avtomobil aşıb, xəsarət alan var  |     22:48 Hərbçilərin maaşlarına əlavələr ediləcək  |     22:23 Rusiya müdafiə nazirliyi Paşinyanın "İsgəndər" haqda dediyini şərh etdi – VİDEO  |     22:00 Abşeronda avtomobil 41 yaşlı qadını vurdu  |     21:38 Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü  |     21:27 ATƏT PA-nın iclasında Xocalı canilərinin cəzalandırılması tələb edildi  |     21:19 Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə - 3-cü Qarabağ müharibəsi başlayır?  |     20:55 Putinlə Paşinyan arasında telefon danışığı olub  |     20:47 AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır  |     20:30 İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”  |     20:26 Türkiyəyə məxsus tarixi əsərlər Macarıstandan qaytarılacaq  |     18:56 Xocalının uşaq qurbanlarının manikenləri İsveçrənin əsas meydanlarında  |     18:50 Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA  |     18:21 Polşada şəhər meri ilə hökumət arasındakı qarşıdurma davam edir: III Avropa Oyunları təhlükədə  |     18:13 Oksigenlə zəngin hava şəraiti gözlənilir  |    

Beynəlxalq Cüdo Federasiyası Bakıda Olimpiadaya lisenziya verən yarışı ləğv etdi
Beynəlxalq Cüdo Federasiyası bu il Olimpiadaya qədər keçiriləcək Böyük Dəbilqə turnirlərinin siyahısını tərtib edib.

Hər il mayın əvvəllərində Bakıda keçirilən Böyük Dəbilqə turniri ləğv olunub. Onun yerinə analoji turnir Fransada keçiriləcək.

Belə ki, bu il Böyük Dəbilqə turnirləri İsrailin paytaxtı Təl Əvivdə (18-20 fevral), Özbəkistanın paytaxtı Daşkənddə (5-7 mart), Gürcüstanın paytaxtı Tbilisidə (26-28 mart), Türkiyənin Antalya şəhərində (1-3 aprel) və Fransanın paytaxtı Parisdə (8-9 may) keçiriləcək. Olimpiadaya qədər son ciddi yarış isə Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək dünya çempionatı (6-13 iyun) olacaq.

Qeyd edək ki, Böyük Dəbilqə yarışları Olimpiadaya lisenziya xalları qazandıran turnirlərdir. Ötən il Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri 8-10 may tarixlərində keçirilməli olsa da, yarış pandemiya səbəbindən ləğv olunub. Bakıda bu turnirin ləğvi ənənəvi olaraq onun ardınca keçirilən paracüdo üzrə Qran-Prinin də keçirilməyəcəyi anlamına gəlir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            273 07.01.21 15:16