FAO ilə Azərbaycan arasında 2021-2025-ci illər üzrə əməkdaşlıq proqramının hazırlanması yekunlaşır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

FAO ilə Azərbaycan arasında 2021-2025-ci illər üzrə əməkdaşlıq proqramının hazırlanması yekunlaşır

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan hökuməti ilə birgə 2021-2025-ci illər üçün yeni əməkdaşlıq proqramının hazırlanmasını başa çatdırır.

Bunu Trend-ə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Koordinasiya Ofisindən bildiriblər.

Təşkilatın nümayəndəsinin sözlərinə görə, yeni proqramda seçilən prioritetlər ölkə üçün öncül hesab olunan istiqamətlər üzrə olacaq:

“Bura kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, balıqçılıq və təbii ehtiyatlardan dayanıqlı istifadə daxildir. Bundan başqa, FAO qeyd olunan istiqamətlər üzrə əvvəlki illərdə başlamış layihələrdə işlərini davam etdirəcək”.

Təşkilatdan onu da bildiriblər ki, qurumun əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının idxalından asılılığın azaldılması, ixracın stimullaşdırılması, eləcə də təbii ehtiyatların daha səmərəli istifadəsidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 227 01.01.21 14:35