Ermənilərə Şurnux kəndini boşaltmaq üçün bir gün vaxt verildi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |    

Ermənilərə Şurnux kəndini boşaltmaq üçün bir gün vaxt verildi - VİDEO

“Azərbaycanlılar ermənilərə Zəngəzurun Şurnux kəndinin yarısını boşaltmağa bir gün vaxt veriblər”.

Bunu Gorus meriyasının sədr müavini Menua Ovsepyan açıqlamasında bildirib.

O deyib ki, azərbaycanlılar ərazilərin sabah səhərə qədər azad olunmasını tələb ediblər:

“Onlar sakinlərə və kənd başçısına deyiblər ki, 10 gün əvvəl bu barədə Ermənistan rəhbərliyinə məlumat veriblər”.

M.Ovsepyan həmçinin qeyd edib ki, Şurnux sakinləri hökumətə etiraz olaraq kənddən keçən yolu bağlayıblar:

“Bu avtomobil yolu da Azərbaycana keçib. Əhali bu barədə kimə məlumat verildiyini, kimin xəbərdar olduğunu anlamaq istəyir. Söhbət 12 evdən və ona bitişik torpaq sahələrindən gedir. Bu, böyük ərazidir”.

Sərd müavini vurğulayıb ki, Baş nazir Nikol Paşinyandan indiyə qədər qaneedici bir söz eşitməyib. Onun sözlərinə görə, baş nazir artıq vəziyyətə nəzarət etmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 923 30.12.20 16:26