SOCAR Pakistanı ən ucuz maye qazla təmin edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

SOCAR Pakistanı ən ucuz maye qazla təmin edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ENOC Sinqapur fevral ayında Pakistanı maye qazla (LNG) təmin edəcək.

Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, fevral ayında Azərbaycan Pakistanı ən aşağı təkliflə maye qazla (LNG) təmin edəcək. Beləliklə, Pakistanın LNG şirkəti fevral ayı ərzində iki maye qaz daşıyan tanker qəbul edəcək. Bu, iki yük tankeri 15-16 və 23-24 fevral 2021-ci il tarixləri üçün nəzərdə tutulub.

Tender sənədində göstərilir ki, SOCAR bu yüklərin 23-24 fevral aralığında olan hissəsini təmin edəcək. Yüklər Pakistanın Karaçi ərazisindəki Port Qasim limanına çatdırılacaq.

Qeyd edilib ki, Pakistanın LNG şirkəti, həmçinin, 2021-ci il mart ayı üçün daha belə üç tankerin qəbul edilməsi üzrə tender elan edib. Bu yüklər 9-10, 16-17 və 22-23 mart tarixləri üçün nəzərdə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            588 29.12.20 19:31