Ölkədə qiymət artımı səviyyəsi və manatın məzənnəsi necə dəyişib? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ölkədə qiymət artımı səviyyəsi və manatın məzənnəsi necə dəyişib?

2020-ci ildә Mәrkәzi Bankın pul siyasәti inflyasiyanın elan edilmiş hәdәf daxilindә (4±2 faiz) idarә edilmәsinә yönәldilib.

Bu barədə Azәrbaycan Respublikasi Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı bәyanatında məlumat verilib.

Mәrkәzi Bankın pul siyasәti qәrarları pandemiya şәraitindә xarici vә daxili mühitdәn makroiqtisadi sabitliyә gәlәn tәhdidlәrin neytrallaşdırılmasına vә inflyasiyanı hәdәf çәrçivәsindә saxlamaqla mәcmu tәlәbin kәskin enişinin qarşısının alınmasına xidmәt edib.

Rәsmi statistikaya görә, noyabrda illik inflyasiya 2,4 faiz tәşkil edib ki, bu da hәdәf diapozonunun mәrkәzindәn aşağıdadır. Son bir ildә istehlak sәbәtindәki mәhsulların 8,1 faizinin qiymәti dәyişmәyib, 13,3 faizinin qiymәti aşağı düşüb.

Bahalaşan mәhsulların 55 faizinin qiymәt artımı 2 faizdәn aşağı olub. Son 12 ayda inflyasiya әrzaq mәhsulları üzrә 3,9 faiz, qeyri-әrzaq mәhsulları üzrә 1,2 faiz vә xidmәtlәr üzrә 1,1 faiz tәşkil edib.

Pandemiyanın yaratdığı qeyri-müәyyәnliklәr fonunda istehlak vә investisiya xәrclәrinin azalması ilә mәcmu tәlәbin daralması başlıca anti-inflyasiya amili kimi çıxış edir.

Әrzaq inflyasiyasına dünya әrzaq qiymәtlәrinin yüksәlmәsi dә tәsir göstәrib. Orta illik baza inflyasiya 2020-ci ilin 11 ayında 2 faiz tәşkil edib.

Dekabrda ev tәsәrrüfatları arasında aparılmış sorğuya görә növbәti 12 ay üzrә qiymәtlәrin daha böyük templә yüksәlәcәyini gözlәyәn respondentlәrin xüsusi çәkisi 12 faiz tәşkil edib. Qeyri-neft emal sәnayesi, ticarәt, xidmәt sektoru, elәcә dә, tikinti sektoru üzrә inflyasiya gözlәntilәri faktiki inflyasiyaya yaxın sәviyyәdә formalaşıb.

Ümumilikdә, inflyasiya vә inflyasiya gözlәntilәrinә tәsir göstәrәn amillәr arasında 2020-ci ildә azaldıcı amillәr üstünlük tәşkil edib.

Valyuta bazarında sabitliyin qorunması inflyasiyanın hәdәf sәviyyәsindә saxlanılmasında mühüm rol oynayıb.

Cari ildә Mәrkәzi Bankda Azәrbaycan Respublikası Dövlәt Neft Fondunun (ARDNF) valyuta satışlarının hәyata keçirilmәsi üzrә hәm qrafikә uyğun, hәm dә qrafikdәn kәnar hәrraclar tәşkil olunub.

Xarici mühitdә baş verәn proseslәrin dolayı tәsirlәri ilә yaranmış gözlәntilәr nәticәsindә mart ayında dollarlaşma sürәtlәnib, valyuta bazarında tәlәb kәskin artıb. Lakin vәziyyәtә vaxtında verilmiş reaksiya, bazar tәlәbatının tam ödәnilmәsi, olduqca mürәkkәb pandemiya şәraitindә bankların mübadilә mәntәqәlәrinin işinin effektiv tәşkili, bazarla açıq kommunikasiya tez bir zamanda stabilliyә nail olmağa imkan verib.

Sonradan neftin dünya qiymәtinin nisbi bәrpası vә tәrәfdaş ölkәlәrin valyuta bazarında sabitlәşmә nәticәsindә gözlәntilәrin yaxşılaşması valyuta bazarında sabitliyi dәstәklәyib.

Cari ildә dә manatın ABŞ dollarına nәzәrәn rәsmi mәzәnnәsi banklararası әqdlәr üzrә orta mәzәnnә әsasında müәyyәn edilib. Banklar tәrәfindәn müәyyәn edilәn xarici valyutanın alış-satış mәzәnnәlәri rәsmi mәzәnnәyә yaxın olub.

Manatın mәzәnnәsi ticarәt tәrәfdaşı olan ölkәlәrin valyutalarına qarşı fәrqli istiqamәtlәrdә dәyişib. İkitәrәfli mәzәnnәlәrin dinamikası çoxtәrәfli mәzәnnәnin dinamikasına da tәsir göstәrib. 11 ayda manatın qeyri-neft ümumi ticarәt çәkili nominal effektiv mәzәnnәsi 8,8 faiz, real effektiv mәzәnnәsi isә 6,3 faiz bahalaşıb.

Qeyd edәk ki, 2014-cü ilin sonundan bәri real effektiv mәzәnnә 29,5 faiz ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rәqabәt qabiliyyәtinә müsbәt tәsir göstәrәn amildir.

Monetar şәraitin hәm pulun dәyәri, hәm dә pulun kәmiyyәti hesabına yumşaldılması cari ildә dә davam etdirilib.

2020-ci ildә faiz dәhlizinin parametrlәrinә dair qәrarlar pandemiya şәraitindә iqtisadi aktivliyin dәstәklәnmәsi prioriteti ilә makroiqtisadi sabitliyin qorunması zәrurәti arasında optimal balansın saxlanılmasına xidmәt edib.

2020-ci ildә faiz dәhlizinin parametrlәri səkkiz dәfә müzakirә edilib, uçot dәrәcәsi mәrhәlәlәrlә 7,5 faizdәn 6,25 faizә vә faiz dәhlizinin yuxarı hәddi 9,25 faizdәn 6,75 faizә endirilib. Faiz dәhlizinin aşağı hәddi isә 5,75 faiz sәviyyәsindә dәyişmәz saxlanılıb.

Ümumilikdә, uçot dәrәcәsi 2018-ci ilin әvvәlindәn bәri 2,4 dәfә (15 faizdәn) azalıb.

Manatla pul bazası ilin әvvәlindәn 7,1 faiz artıb. İl әrzindә pul tәklifinә tәsir göstәrәn başlıca amil dövlәt büdcәsinin gәlir vә xәrclәrindәn asılı olaraq formalaşan vahid xәzinә hesabının dәyişimi olub.

Mәrkәzi Bank tәrәfindәn pandemiya şәraitindә iqtisadiyyata zәruri nöqtәvi likvidlik dәstәyinin göstәrilmәsi dә pul tәklifinә tәsir edib. Ümumilikdә, pul siyasәtinin dәyәr baxımından yumşaldılmağa başlanıldığı 2018-ci ilin әvvәlindәn bәri pul tәklifi 52 faiz artıb.

Pul siyasәtinin yumşaldılması Mәrkәzi Bankın depozit әmәliyyatları vә qısamüddәtli notları üzrә faiz dәrәcәlәrinin, elәcә dә, dövlәt qiymәtli kağızlarının gәlirliyinin azalması ilә müşayiәt edilib.

Banklararası bazarda faizlәr, habelә depozit vә kredit faizlәri risk premiyası ilә yumşalan monetar şәrait arasında tarazlaşıb. Ümumilikdә, 2018-ci ilin yanvarından bәri manatla yeni kreditlәr üzrә orta faizlәr 5,5 faiz bәndi azalıb. Real sektorda pandemiyanın tәsiri ilә güclәnәn risklәr faizlәrin daha çox azalmasını mәhdudlaşdırıb.

Cari ildә depozitlәrin dollarlaşma sәviyyәsi azalmaqda davam edib. İlin әvvәlindә pul aqreqatlarına daxil xarici valyutada әmanәt vә depozitlәrin cәmi әmanәt vә depozitlәrdә 54,9 faiz olan xüsusi çәkisi mart ayının yekunu üzrә 56,5 faizә yüksәlsә dә, sonradan tәdricәn azalaraq, noyabrda 50,2 faiz tәşkil edib. O cümlәdәn, fiziki şәxslәrin әmanәtlәrinin dollarlaşması noyabrın yekunu üzrә 52,7 faizdir.

İl әrzindә Mәrkәzi Bank 62 depozit hәrracı vә 46 notların yerlәşdirilmәsi hәrracı keçirib. Pandemiyanın tәsiri ilә makroiqtisadi sabitlik üzәrindә yaranmış tәhdidlәrin qarşısının alınması vә valyuta bazarında tarazlığın dәstәklәnmәsi üçün sterilizasiya portfelinin durasiyası azaldılıb.

Mәrkәzi Bankın tәşkil etdiyi hәrraclarda II rübdәn başlayaraq, tәlәbin tәklifi üstәlәmәsi müşahidә olunub, bu alәtlәr üzrә gәlirlilik faiz dәhlizinin aşağı hәddinә yaxınlaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            573 29.12.20 15:50