Koronavirusun yeni ştammı sürətlə dünyaya yayılır: Kanada, Norveç, İordaniya... » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Koronavirusun yeni ştammı sürətlə dünyaya yayılır: Kanada, Norveç, İordaniya...

Yeni koronavirus ştammı artıq Kanada, Norveç, İordaniya və Cənubi Koreyada da aşkarlanıb.

Vesti.ru xəbər verir ki, digər ölkələr infeksiyanın sərhədlərindən kənarda qalması üçün tələsik addımlar atırlar.

Kanadada artıq COVID-19-un daha yoluxucu forması dörd nəfərdə qeydə alınıb.

Yaponiya hökuməti infeksiyanın yeni növündən qorunmaq üçün əlindən gələni edir. Bu gün ölkəyə xaricdən giriş qadağası qüvvəyə minir. Yanvar ayının sonuna qədər dünyanın bütün ölkələrinin vətəndaşlarına viza verilməsi dayandırılıb.

Tunis hökuməti də Cənubi Afrika, Britaniya və Avstraliyadan uçuşları dayandırıb.

Bundan əlavə, Tunisdə komendant saatı yanvarın ortalarına qədər uzadılıb və Yeni il tədbirləri də daxil olmaqla kütləvi toplantılar qadağandır. Qanunu pozanlara cərimə və altı aya qədər həbs cəzası tətbiq edilir.

Afrikada bir çox dövlət tətil günlərində tədbirləri sərtləşdirib. Cənubi Afrika və Zimbabve yığıncaqlarını məhdudlaşdırıb, Keniya və Mərakeşdə komendant saatı uzadılıb. Qeyd edək ki, Afrikada koronavirus peyvəndləri yalnız gələn ilin ortalarından istifadə ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            402 28.12.20 12:29