“Modern Diplomacy” Qarabağ münaqişəsinin bitməsi ilə yaranan yeni regional enerji əməkdaşlığı imkanından yazır » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |    

“Modern Diplomacy” Qarabağ münaqişəsinin bitməsi ilə yaranan yeni regional enerji əməkdaşlığı imkanından yazır

Avropanın media platforması olan “Modern Diplomacy” Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə regionda yaranan yeni enerji əməkdaşlığı imkanından bəhs edən məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə noyabr ayında əldə olunan və dünyanın ən uzun müddət davam etmiş münaqişələrindən birinə son qoyan razılaşmanın bütövlükdə Qafqaz regionuna sabitlik gətirəcəyi bildirilir. Qeyd olunur ki, münaqişənin başa çatması ilə regionda çox böyük yeni enerji əməkdaşlığı imkanı yaranıb. Bu yeni əməkdaşlıqdan nəinki bütün region, dünya faydalanacaq. Hətta Ermənistan da bu əməkdaşlıqdan ən çox faydalanan tərəf ola bilər. Belə ki, blokada vəziyyətində olan bu ölkə üçün enerji təchizatı böyük problemdir. Ermənistan sovet dövrünün qalığı və dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olan Metsamordan istifadə etməyə məcburdur. Çernobıl kimi Metsamor stansiyası da köhnə və təhlükəli üsulla idarə olunur. Həmçinin Fukuşima kimi dünyanın ən seysmik zonalarından birində yerləşməsi bu təhlükəni daha da artırır. 1988-ci il zəlzələsindən sonra stansiya fəaliyyətini dayandırıb və enerji ehtiyaclarına görə 1995-ci ildə yenidən işə salınıb. 2004-cü ildə Avropa İttifaqı Metsamor stansiyasının bütün bölgə üçün təhlükə törətdiyini bildirib. 2011-ci ildə “National Geographic” Metsamoru dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb. Bu gün Ermənistanın ümumi elektrik enerjisinin 30 faizindən çoxu nüvə bombası kimi təhlükəli olan bu stansiyadan asılıdır.

Məqalədə Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikilməsi yüksək qiymətləndirilir. Qeyd olunur ki, son illər Azərbaycanda çoxlu su elektrik stansiyaları, külək stansiyaları və günəş elektrik stansiyaları tikilib. Bu stansiyalar sayəsində 2030-cu ilə qədər ölkədə istehsal olunan enerjinin 30 faizi bərpa olunan enerjidən əldə ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            576 25.12.20 21:33