Dağlıq Qarabağın azərbaycanlı icması: “Prezident İlham Əliyevə Milli Qəhrəman adı verilsin” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Dağlıq Qarabağın azərbaycanlı icması: “Prezident İlham Əliyevə Milli Qəhrəman adı verilsin”

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyəti Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi təklifi ilə çıxış edib.

İdarə heyətinin üzvləri bununla bağlı məktub ünvanlayıblar.

Məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində xalqımızın rifahı naminə və vətənimizin tərəqqisi üçün yorulmadan çalışıb. Onun rəhbərliyi altında ölkəmiz nəinki regionda, eləcə də qlobal səviyyədə böyük nüfuza malik dövlətlər sırasına daxil olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnmiş şanlı qələbəmizin əldə edilməsindəki roluna və vətənimizin tərəqqisi naminə misilsiz xidmətlərinə görə möhtərəm Prezident cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini arzu edirik.
Xalq-Prezident-Ordu birliyindən irəli gələn dövlətimizin gücünə 44 günlük Vətən müharibəsi dövründə bütün dünya şahid oldu.

Bu dönəm ərzində Prezident cənab İlham Əliyev qalib ordunun müzəffər Ali Baş Komandanı kimi döyüş meydanında uğurlu hərbi əməliyyata rəhbərlik etdi, mahir diplomat kimi Azərbaycan xalqının haqlı mövqeyini beynəlxalq təzyiqlərə rəğmən uğurla müdafiə etdi və informasiya müharibəsində yorulmadan mübarizə aparıb düşmənlərimizin qarayaxma kampaniyalarını qətiyyətlə ifşa etdi.

Azərbaycan tarixinə adı qızıl hərflərlə yazılmış müzəffər Ali Baş Komandan xalqın qəlbində artıq Azərbaycanın Milli Qəhrəmanına çevrilib. Bu adın cənab Prezidentə rəsmi şəkildə təqdim edilməsini ürəkdən arzu edirik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 311 24.12.20 14:08