ABŞ bazarlarında artım baş verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Sahibə Qafarova: Bakı Bəyannaməsi ölkələr arasında strateji əlaqələrə töhfə verəcək  |     23:07 Lənkəranda avtomobil qəzadan sonra yanıb  |     22:56 Çempionlar Liqası: 4 oyunda 10 qol vuruldu  |     22:49 IMF gələn il üçün iqtisadi artım proqnozunu yüksəldib  |     22:29 Azərbaycan və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  |     22:16 Clubhouse-da dəvətnamə sistemi ləğv edilib  |     22:05 Bu vaksin Braziliya ştammına qarşı təsirsizdir - Araşdırma  |     22:00 Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var  |     21:51 Bitkoinin qiyməti 34 min dolları ötüb  |     21:45 Hər 10 nəfərdən 5-i toyda yoluxur - Həkim  |     21:33 Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var  |     21:20 Samuxda bıçaqlanma olub  |     21:07 "Neftçi"nin legioneri: "Olimpiakos"u yaxşı analiz etmişik"  |     20:42 Gəncədə iki nəfəri ildırım vurub  |     20:17 Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır - FOTO  |     20:11 Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb  |     20:06 ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı  |     19:55 Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı  |     19:52 17 mindən çox toy qeydiyyata alınıb  |     19:46 Təhsil İnstitutu narazı müəllimlərə müraciət edib  |    

ABŞ bazarlarında artım baş verdi
ABŞ-da işsizlik müavinəti üçün ərizələrin sayının azalması barədə xəbərlər fond bazarlarında müsbət əks-səda doğurub.

Median.Az xəbər verir ki, bu gün keçirilən hərraclarda “Dow Jones Industrial Average” (DJIA) indeksi 0,6 faiz artaraq 30.194,65 bəndə, “S P 500” toplam indeksi 0,44 faiz artaraq 3.703,62 bəndə çatıb, yalnız “Nasdaq” yüksək texnologiyalar indeksi 0,02 faiz azalaraq 12.805,39 bəndə geriləyib.

Bazardakı nikbinliyin mühüm səbəbi ötən il ölkədə işsizlik müavinəti almaq üçün verilən ilkin ərizələrin 803 mindən 89 minədək azalmasına dair rəsmi məlumatlar oldu. Həmçinin 5-12 dekabr tarixləri arasında işsizlik müavinəti alanların sayı 170 min azalaraq 5.337 minədək geriləyib.

Bununla belə noyabr ayında ölkə əhalisinin gəlirlərinin 1,1 faiz, məsrəflərinin də 0,4 faiz azalması indekslərin artımını bir qədər cilovlayan amil oldu.

Bundan əlavə, bazar ertəsi Konqresdə qəbul edilmiş 900 milyard ABŞ dolları dəstək zərfinin dünən Donald Tramp tərəfindən rədd edilməsi də diqqətlərdən yayınmadı. Belə ki, dövlət başçısı birbaşa ödənişin məbləğini 600 ABŞ dollarından 2 000 ABŞ dollarınadək artırmağı zəruri hesab edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            777 23.12.20 21:20