Emoməli Rəhmon İlham Əliyevə təbrik ünvanladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |    

Emoməli Rəhmon İlham Əliyevə təbrik ünvanladı

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC-da dərc olunan təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müasir Azərbaycanın davamlı inkişaf və firavanlaşma yolunda nailiyyətləri Sizin dövlət başçısı vəzifəsində konstruktiv və uzaqgörən siyasətinizin nəticəsidir.

Siz yüksək peşəkarlığınız və qazandığınız həyat təcrübəsi sayəsində bizə dost Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verirsiniz, xalqınızın rifahının və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasını təmin edirsiniz.

Biz ölkələrimizin xalqlarını bir-birinə bağlayan tarixi dostluq, qarşılıqlı anlaşma və dəstək ənənələrinə əsaslanan çoxplanlı Tacikistan-Azərbaycan əlaqələrinin inkişafı üçün Sizin mühüm səylərinizi yüksək qiymətləndiririk.

Yüksək səviyyədə müntəzəm siyasi dialoq iki ölkənin dövlətlərarası əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsinin mühüm amilidir. Əminəm ki, biz xalqlarımızın rifahı naminə bu münasibətləri bundan sonra da dərinləşdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            531 23.12.20 14:57