Mojo.az Banner
23:00 Şəmkirdə evdən gənc oğlanın meyiti tapılıb  |     22:54 Uzun müddət enerji saxlamaq üçün: Kofedən daha təsirli 7 qəlyanaltı  |     22:46 Kəbənin örtüyü Epşteynə göndərilibmiş  |     22:30 Tovuzda DƏHŞƏT: gənc qızın meyiti tapıldı  |     22:22 Yeniyetmələri baltalamaqda şübhəli bilinən əminin qonşuları danışdılar - VİDEO  |     22:09 Məşhur peçenyelərlə bağlı şok iddia: “Krem” əslində nədir?  |     21:59 Azərbaycanda bu deputatlara yeni VƏZİFƏ VERİLDİ  |     21:52 İsti döşəmə əslində zərərli imiş  |     21:44 Leyla Əliyeva yeni şeirini təqdim edib  |     21:37 Bu ölkə də İranla bağlı hərəkətə keçdi  |     21:30 Bibisi oğlunu 27 bıçaq zərbəsi ilə öldürdü  |     21:15 Bakıya bu tarixdə qar yağacaq  |     21:05 Alyona Əliyeva paylaşım etdi - FOTO  |     20:50 Türkiyədə sosial media fenomeni Kerimcan Durmaza həbs cəzası verildi  |     20:36 Bakıda cinayət: Yeniyetmə qız atasını bıçaqladı  |     20:26 "Qarabağ" fransalı futbolçunun transferini elan etdi  |     20:01 "Barselona"nın hücumçusu zədələndi: Kubok oyununda olmayacaq  |     19:40 Mərhum Xalq artistinin oğlunu döyməkdə şübhəli bilinənlər saxlanıldılar  |     19:30 Azərbaycanda polkovnikin meyiti tapıldı  |     19:27 Tiktoker “Velizar” HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Daha bir azərbaycanlı baş məşqçidə COVID-19 tapıldı

19.12.2020 19:36 1 494
Daha bir azərbaycanlı baş məşqçidə COVID-19 tapıldı
“Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətinin yeni rəhbəri Mehriban Mürsəlova məlumat verib:

“Sabah keçirəcəyimiz “Keşlə” ilə oyun öncəsi test verdik. Futbolçularda testin nəticəsi neqativ çıxdı. Təəssüf ki, yalnız baş məşqçimiz Aftandil müəllimdə testin nəticəsi pozitiv göstərdi. Onda virusun yüngül simptomları var. Bu səbəbdən də o, sabahkı matçda texniki zonada yer almayacaq və iki həftə komandadan ayrı qalacaq”.

Qeyd edək ki, çempionatda autsayder olan “Səbail” sabah Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “ASK Arena”da “Keşlə”nin qonağı olacaq. Matç saat 16:00-da başlayacaq.

Xatırladaq ki, daha əvvəl Premyer Liqa klublarının baş məşqçilərindən Qurban Qurbanov və Yunis Hüseynovda koronavirus aşkarlanıb.скачать dle 11.3