Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan 44 erməni əsgərinin ölkəyə gətirildiyini açıqlayıb. Bu barədə Ermənistan mətbuatı yazıb.
"Bizim əsirlərimizdən 44 nəfər tezliklə Rusiya təyyarəsi ilə Ermənistana qayıdacaq”, - deyə N.Paşinyan "Facebook” hesabında yazıb.
"Sputnik” Ermənistan nəşri isə artıq erməni əsirləri daşıyan təyyarənin bu dəqiqələrdə Erebuni hava limanına endiyini yazıb.