ÜST Azərbaycanda münaqişədən zərər çəkmiş bölgələrdə ehtiyacları öyrənir » Median.Az - Bütün xəbərlər bir ünvanda


ÜST Azərbaycanda münaqişədən zərər çəkmiş bölgələrdə ehtiyacları öyrənir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası son hərbi əməliyyatların mülki əhali üzərindəki təsirlərini öyrənmək üçün Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində öz işinə başlayıb.

Missiya çərçivəsində nümayəndə heyəti yerli icra hakimiyyəti orqanlarını və səhiyyə müəssisələrini ziyarət edəcək, tibb işçiləri və digər şəxslərlə ÜST-ün lazımi dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirmək üçün müzakirələr aparacaq.

Beşgünlük səfər çərçivəsində missiya üzvləri Bərdə, Tərtər, Ağdam və Gəncəni ziyarət edəcək, münaqişədən birbaşa zərər çəkmiş insanlara gigiyena dəstləri və tibbi maskalar paylayacaq.

Missiya təşkilatın 7 nəfərlik yerli və xarici ekspertindən, Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrindən ibarətdir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          126 09.12.20 20:41