Ekspert: “Rüşvətxor məmurlar cəzanın ən sərt üzünü görməlidirlər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ekspert: “Rüşvətxor məmurlar cəzanın ən sərt üzünü görməlidirlər”

“Biz Vətən müharibəsindən qalib çıxmış ölkəyik. Hələ də məmurların rüşvət alması məsələsi ilə bağlı məlumatların yayılmasına təəssüflənirəm”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, qanun hər kəs üçün eynidir:

“Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində istintaq işlər aparılır. Qanun bütün gücü ilə işləməlidir. Hüquq-mühafizə orqanları müvafiq araşdırmalarını davam etdirir. Kim hansı əməli törədibsə, məsuliyyətə cəlb edilib, cəzasını da almalıdır.

Məmurlar tərəfindən rüşvət alması dövlətin qanunlarına hörmətsizlikdir. Prezident İlham Əliyevin apardığı siyasətin məzmununu qavramamağın nəticəsidir”.

“Korrupsiya hallarına yol verən məmurun aşkarlanması və məsuliyyətə cəlb edilməsi alqışlanmalıdır. Onlar bilməlidir ki, cəzadan kənarda qala bilməzlər. Kimliyindən asılı olmayaraq qanun hər kəs üçündür.

Bu həm də digər yüksək rütbəli məmurlar üçün xəbərdarlıq olmalıdır. Bundan lazım olan nəticəni çıxarsınlar. Əgər hansısa məmur köhnə alətlərindən, yəni rüşvət almaqdan əl çəkmirsə, onları bağışlamaq olmaz. İstənilən baş vermiş əməllər ciddi araşdırılmalıdır. Cəzanın ən sərt üzünü görməlidirlər”, - deyə o bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            336 09.12.20 18:33