Ağdərədə olay: Ermənilər görün nə etdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Ağdərədə olay: Ermənilər görün nə etdi - VİDEO

“Bu tip problemlər zaman-zaman ortaya çıxacaq və Azərbaycan tərəfinin də vəzifəsi odur ki, bunu aradan qaldırsın”.

Oxu24.com xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Qarabağdakı separatçı rejimin postlarda bayrağını asmasına münasibət bildirərkən deyib.

Bu gün sosial şəbəkələrdə Ağdamın Paprəvənd kəndindən video yayılıb. Videoda Ağdərə yolunda ermənilərin qurduğu postda separatçi rejimin bayrağının asıldığı görünür.

İqbal Ağazadə bildirir ki, ermənilər bütün səylərini səfərbər edərək Qarabağdakı mövqelərini qorumağa və buranı Azərbaycanın deyil, müstəqil bir ərazi kimi təqdim etməyə çalışacaqlar. “Azərbaycan tərəfinin vəzifəsi odur ki, o bayrağın çıxarılmasını sülhməramlı missiyasını üzərinə götürən tərəfin diqqətinə çatdırmalıdır. Eyni zamanda orada idarəetmə formasının necə olması, Azərbaycanın idarəçili çərçivəsində hansı məsələlərin həll edilməli olduğunu ardıcıl, sistemli şəkildə müəyyənləşdirməlidir”, - deyə partiya sədri əlavə edib.

İqbal Ağazadə hesab edir ki, həm ictimaiyyətin, həm də dövlətin maraqlarına uyğun olaraq bu tip məsələlər masa üzərində həll ediləcək. “Müharibə yeni bitib. Qarşı tərəfdə də hələ anlaşılmazlıq hökm sürür. Dağlıq Qarabağda idarəçiliyin hansı formada həyata keçiriləcəyi barədə sənəd yoxdur. 9 noyabrda imzalanmış sənəd sadəcə bəyanatdır. Bundan sonra konkret sənədlər olmalıdır. Yəqin ki, bunlar masa üzərində işlənilir və ya işlənilməlidir. Azərbaycan tərəfi də bu məsələlərdə bayraq və bu kimi problemləri nəzərə almalı, bütün bunların Azərbaycan qanunlarına ziddi olduğunu diqqətə çatdırmalı və problemin aradan qaldırılmasına nail olmalıdır”, - deyə Ümid sədri vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            753 07.12.20 22:57