70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |    

70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu - VİDEO

Xəzər TV Vətən Müharibəsində olan daha bir qəhrəmanımız barədə süjet hazırlayıb.

Qəhrəmanımızın böyük nisgili və arzusu vardı - bir yaşı olarkən atasının qucağında tərk etdiyi Ağdama qalib zabit kimi dönmək! Bəlkə də, bütün fikrini xəyalına qovuşmaq üçün hazırlayırdı.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olan Sənan Kərimov öyrəndiyi döyüş taktikalarını daha da təkmilləşdirmək üçün durmadan çalışıb.

Ordumuz irəlilədikcə bizim qətiyyətli igidimizin qəlbi elə həyəcanla çırpınırdı ki... Çox az qalmışdı axı... Dədə-baba yurdu Ağdam qəhrəmanını gözləyirdi. Bölük komandiri olan Sənan xüsusilə Füzuli istiqamətində düşmənin keçilməz hesab etdiyi müdafiə xəttinin yarılması zamanı böyük şücaət göstərib.

Döyüşçü yoldaşlarının sözlərinə görə, onun rəhbərlik etdiyi bölmənin qarşısında düşmənin duruş gətirməsi, demək olar ki, qeyri-mümkün idi.

Baş leytenant Sənan Kərimov ölüm, təhlükə, ya qorxu sözlərini tanımırdı belə! Buna görə həyatını dəfələrlə riskə ataraq, ən kritik ərazilərə göz qırpmadan girib və yaralı yoldaşlarını xilas edib. Son döyüşlərdə inanılmaz həmlə ilə 70 nəfərlik heyəti mühasirədən çıxarmağa müvəffəq olub.

Sənan Cəbrayıl rayonu istiqamətində aparılan döyüşlər zamanı yaxınlıqdakı tankdan atılan mərminin düşməsi nəticəsində şəhid olub. Tam arzusunun astanasında şəhadət zirvəsinə yüksəlib. Onun bir yaşından qəlbində böyütdüyü arzusunu isə döyüşçü yoldaşları həyata keçirib.

Atası Rəhman Kərimovun sözlərinə görə, oğluna kapitan rütbəsi verilsə də, bunu ona təqdim etmək mümkün olmayıb.

Aprel döyüşlərində də iştirak etmiş şəhidimiz üç aylıq nişanlı imiş və müharibə bitdikdən sonra toyu olacaqmış.

Sənanın Naxçıvanski liseyindəki müəllimi Vüsal Muradovun sözlərinə görə, indi onun bütün şəhid şagirdlərinin ruhu şaddır. Çünki qisasları alınıb.

Qeyd edək ki, şəhid Sənan Kərimov 2-ci Fəxri xiyabanda dəfn edilib.

Videomaterialı təqdim edirik:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 620 05.12.20 16:29