Çinin COVID-19-la mübarizədə uğur qazanmasının səbəbi nədir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Çinin COVID-19-la mübarizədə uğur qazanmasının səbəbi nədir?

Rusiyanın Seçenov Universitetinin professoru Artyom Qil Çinin Avropa və ABŞ-la müqayisədə koronavirusla mübarizədə uğur qazanmasının səbəbini açıqlayıb.

Bu barədə kp.ru məlumat yayıb.

Professorun sözlərinə görə, Pekinin uğurunun sirri hökumətin “drakon qanunları” tətbiq etməsi olub. Tsindao şəhərində görülən tədbirləri nümunə göstərən A.Qil bildirib ki, sözügedən ərazidə oktyabr ayında 13 yoluxma qeydə alınıb. Bu isə Çin üçün fövqəladə vəziyyət hesab olunub.

Virusun yayılması xəstəxanalardan birində baş verib. Hökumət ilk növbədə baş həkimi, şəhərin səhiyyə komissiyasının sədrini işdən çıxarıb. Bundan sonra bir neçə gün ərzində şəhərin 11 milyon əhalisi testdən keçirilib. Əhalinin maksimal nəzarətdə saxlanması və kontaktların izlənməsi sayəsində virusun yayılmasının qarşısı alınıb.

Ekspert həmçinin qeyd edib ki, Çin koronavirusa yeni yoluxma hallarının sayını sərt şəkildə alır.

“Hətta elə hallar olur ki, Çin hökuməti göyərtəsində testdən keçməmiş sərnişin olanı təyyarəni də geri qaytarıb”, - deyə A.Qil bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            537 05.12.20 14:11