FRANCE-24 Ağdam haqqında: “Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

FRANCE-24 Ağdam haqqında: “Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar” - VİDEO

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan və münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də erməni silahlı qüvvələri Laçın rayonunu Azərbaycana təhvil verəcəklər. Bununla da Azərbaycan Dağlıq Qarabağı əhatə edən yeddi rayonun hamısını geri almış olacaq.

FRANCE 24-ün xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin bu rayonlardan biri olan Ağdamdan reportajını təqdim edirik:

Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Ağdam hər zaman Azərbaycan qalası olub. Bu gün Ağdamda salamat qalan yeganə bina isə məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Dağlıq Qarabağ müharibəsi zamanı da böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin işğal olunması müharibənin dönüş nöqtəsi oldu. Məğlubiyyət sakinləri köç etmək məcburiyyətində qoydu. Bu gün məcburi köçkünlər öz dogma yurdlarına qayıdırlar və dağılmış binaları görürlər.

Reportajda Yeni Azərbaycan Partiyasının üzvü M.Qasımovun fikirlərinə də yer verilib: “Belə bir şəhəri bu günə salmaq olar? Bu evləri belə dağıtmaq olar? Siz bu evlərin keçmişini görsəydiniz, baxardınız ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda idi. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki mümkün deyildi qalmaqları. Ona görə də əllərinə düşən hər bir şeyi dağıdıblar”.

Bərpa etməmişdən əvvəl isə təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş digər rayonlar kimi, Ağdamın ərazisi də mina ilə doludur.

Müvafiq orqanlar məsafədən idarə olunan minatəmizləyən robotu da işə salıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov açıqlama verib: “4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib. İnsanların geri qayıdışı 3-5 il ərzində, amma tam təmizləmək isə 10, 13, 15 il ərzində planlaşdırılır”.

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə vurulmuş ziyanı 100 milyard dollardan çox dəyərləndirib və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            471 28.11.20 20:49