Payızın gecikməsi düzgün deyilmiş » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Payızın gecikməsi düzgün deyilmiş

Yer kürəsindəki isinmə nəticəsində payız fəslinin getdikcə daha gec gəlməsi barədə geniş yayılmış mülahizə təkzib olunub.

Median.Az xəbər verir ki, bir qrup almaniyalı və isveçrəli tədqiqatçıların “Science” nəşrində dərc olunmuş araşdırmasına görə, bu əsrin sonunda payız indikindən iki-üç həftə gec yox, əksinə, 6 gün tez başlaya bilər. Bu qənaət ağacların karbon qazı istehlakı həcmi, yarpaq tökülməsi dövrü üzərində müşahidələrə söykənir.

“On illər ərzində ağacların böyümə dövrünün uzanmasını, yarpaq tökülməsinin daha gec baş verməsini zənn etmişik. Yeni tədqiqat isə ağacların daha sürətlə böyüməsi nəticəsində yarpaqların da tez töküldüyünü ortaya çıxardı”, - deyə Sürix Universitetinin professoru Tomas Krouter bildirib.

Müəlliflərin fikrincə, bu tədqiqat sayəsində Yer kürəsindəki isinməyə başqa tərəfdən baxaraq fəsadlarına qarşı yeni mübarizə üsulları hazırlamaq mümkün olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            828 27.11.20 19:41