Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |    

Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA

“Kəlbəcərdə çox qiymətli meşə massivlərimiz var. Orada enliyarpaqlı ağaclar çox yayılıb. Kəlbəcər meşələrində çoxlu sayda palıd, vələs, cökə, fındıq, fıstıq, xüsusən, ayı fındığı meşələri var. Hətta ayı fındığı meşələri Azərbaycanın dövlət tərəfindən mühafizə olunan meşələr siyahısına düşüb”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Azərbaycana qaytarılan Kəlbəcər rayonunun meşə sahələri ilə bağlı danışan zaman bildirib.

O qeyd edib ki, ayı fındığı meşəsinin ümumi sahəsi işğaldan əvvəl 968 hektar olub, ona Azərbaycanın başqa meşələrində nadir halda rast gəlmək olur. Kəlbəcərdə, dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitir:

“Burada ayı fındığı ağaclarının hündürlüyü 25 metrə, diametri 50-120 santimetrə çatır. Onların vəziyyətinin nə yerdə olması barədə ətraflı monitorinq apardıqdan sonra məlumat verəcəyik”.

“30 il ərzində Azərbaycanın işğal altında olan torpaqlarında ekoloji terroru müşahidə etmişik.

İstər meşələrin kəsilib satılması, yandırılması, dağıdılması, istərsə də geoloji, qızıl və qiymətli metalların qanunsuz istismarı, su hövzələrinin dağıdılması, çirkləndirilməsini qeyd etmək olar.

Düşmən oradakı su hövzələrini yay aylarında bağlayaraq, Azərbaycanın digər rayonlarını susuz qoyub, qışda isə su hövzələrinin açılaraq torpaqların su basmaya məruz qalıb. Mənfur ermənilər təbiətə düşmən kəsilərək bunlar həyata keçiriblər. Təbi ki, bundan Kəlbəcər də kənarda qalmayıb.

Yaşı minlərlə olan qayaüstü abidələr dağıdılıb, üzərində olan rəsmlər, qeydlər silinib, məhv edilib, hətta erməniləşdirilməyə çalışılıb. Bütün dünya ermənilərin Kəlbəcər rayonundan çıxan zaman evləri, meşələri məhv etməsini izləyib”, - deyə H.Əlizadə qeyd edib.

Nazirlik rəsmisi əlavə edib ki, ermənilərin törətdiyi ekoloji terror aktları barədə məlumatlar dünyaya çatdırılacaq:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Qarabağın ərazilərində ermənilərin yol verdikləri vandallıqlar qiymətləndiriləcək. Beynəlxalq təşkilatlar dəvət ediləcək, vurulan ziyan hesablanacaq və dünyaya bu barədə məlumat veriləcək. Beynəlxalq məhkəmələrə müraciət olunub, təzminat məsələsi qaldırılacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            720 26.11.20 16:55