Erməni əsgərlər silahları gizlədir: Təhlükə Qarabağdan İrəvana yönəlir » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |    

Erməni əsgərlər silahları gizlədir: Təhlükə Qarabağdan İrəvana yönəlir

Ermənistanın hərbi polisi Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edənləri onlara verilmiş silahları təhvil verməyə çağırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Erməni tərəfinin açıqlamasında bildirilib ki, sözügedən şəxslər silahları könüllü təhvil verəcəkləri halda cinayət məsuliyyətinə cəlb olunmayacaqlar.

Ermənistan hərbi polisinin sözügedən açıqlaması bu ölkədə tüğyan edən acınacaqlı vəziyyəti və özbaşınalığı bir daha nümayiş etdirib. Belə ki, ordumuzun sarsıdıcı zərbələri nəticəsində pərən-pərən düşən erməni ordusu mərkəzləşmiş idarəetmədən tamamilə məhrum olub.

Belə olan halda isə əsgərlərin silahla təmin olunması məsələsində özbaşınalıq yaranıb. Açıqlamadan bəlli olur ki, erməni tərəfi yalnız səfərbərliyiə cəlb olunan əsgərlərin deyil, eyni zamanda yoldan ötən hər kəsin əlinə silah verərək cəbhəyə göndərməyə çalışıb.

Dünya praktikasında səfərbərlik zamanı hərbçilərə verilən silahların dəqiq qeydiyyatı aparılır. Ermənistan tərəfinin bu gün hərbçilərdən silahları könüllü təhvil verilməsini tələb etməsi isə bu ölkədə döyüş əməliyyatları zamanı yaranmış təşvişi, məğlubiyyət qorxusunu, həmçinin bunun nəticəsində hətta qeydiyyat işlərinin belə aparılmadığını göstərir.

Bundan əlavə, Qarabağda döyüşməyə gələn ermənilərin kriminal məqsədlərlə də silahları gizlətməsi istisna edilmir. Hələ cəbhədə gərgin döyüşlərin getdiyi vaxtda belə ermənilərin döyüş bölgəsindən Ermənistana çox sayda silahları gizli yollarla daşıması faktı yerli mətbuatda işıqlandırılmışdı.

Kriminal ünsürlərin bir zamanlar at oynatdığı Qarabağ ərazisi artıq ordumuz tərəfindən təmizləndiyi üçün bu cinayətkar dairələrin yeni məskəni elə Ermənistanın öz ərazisi olacaq. Bir zamanlar Ermənistan liderlərinin ciblərini doldurmaq üçün göz yumduğu bu qrupların Qarabağdan gizli gətirilmiş silahları kimə qarşı istifadə edəcəyi isə bəllidir. Bu qruplara Ermənistanın hərbi polisinin açıqlamasında göstərildiyi kimi, Dağlıq Qarabağda vuruşan və silahlarını təhvil verməyən, gizlədən insanları da əlavə etsək, yaxın gələcəkdə bu ölkədə sabitliyin bərqərar olmayacağını əminliklə demək olar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 065 24.11.20 21:55