Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən filmi ilk dəfə beynəlxalq festivalda » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən filmi ilk dəfə beynəlxalq festivalda

Kinorejissor Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi 16-cı Tehran Beynəlxalq Film Festivalının əsas müsabiqəsində iştirak edir.

Filmin bu festivalda iştirakını Azərbaycanın informasiya savaşındakı ardıcıl uğurlarının məntiqi davamı kimi qiymətləndirmək olar.

Xocalı faciəsinin ağrı-acılarını, erməni vəhşiliyinin miqyasını özündə ehtiva edən sənət əsərinin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi, təbliğat baxımından olduqca əhəmiyyətlidir. İlk dəfə Xocalı hadisələrinə həsr olunmuş hansısa əsər belə nüfuzlu irimiqyaslı beynəlxalq festivalda nümayiş etdirilir.

“Resistance” Beynəlxalq Film Festivalı İranın ən nüfuzlu beynəlxalq festivallarından biri hesab olunur.

Qeyd edək ki, 16-cı Tehran Beynəlxalq Film Festivalına bu il 3700-dən çox müxtəlif janrda film təqdim olunub və onlardan yalnız 145-i iştirak hüququ qazanıb. Festivalın birinci hissəsi sentyabrın 27-də baş tutub. İkinci mərhələ isə 21-27 noyabr aralığında həyata keçirilir.

Festivalda əsasən İran, Hindistan, ABŞ, Türkiyə, Braziliya, İspaniya, İngiltərə, İtaliya, Fransa, Argentina, Meksika, Rusiya, İndoneziya, Azərbaycan, Gürcüstan, Yaponiya və digər ölkələrin filmləri nümayiş etdirilir. “Dərdimi çəkirəm” filmi Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq çəkilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            663 24.11.20 18:56