Tərtərdə düşmən vandalizminin miqyasının qiymətləndirilməsi ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |    

Tərtərdə düşmən vandalizminin miqyasının qiymətləndirilməsi ilə bağlı AÇIQLAMA

“Artıq Tərtər şəhərində, dörd kənddə və bir qəsəbədə ziyan dəymiş 796 obyektə baxış keçirilib. Onlardan 147-si çoxmərtəbəli binalardakı mənzillər, 611 ədədi fərdi yaşayış evləri, 23 ədəd sahibkarlıq subyekti, altı ədəd sosial obyekt, dörd ədəd inzibati binadır”.

Bunu APA-ya açıqlamasında Tərtər rayonu üzrə İşçi qrupunun rəhbəri Qubad Heydərov deyib.

İşçi qrupunun rəhbəri bildirib ki, bu günə olan məlumata görə, daha 4100-dən yuxarı obyektə baxış keçirilməlidir:

“Ona görə də Tərtər rayonu üzrə İşçi qrupuna daxil olan komissiyaların sayının artırılması planlaşdırılır. Bundan əvvəl Tərtər rayonu üzrə üç İşçi qrupunun fəaliyyəti nəzərdə tutulub. Daha üç köməkçi qrupun yaradılması planlaşdırılır. Çalışacağıq, ayın 10-dək işləri yekunlaşdıraq”.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət İşçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            498 24.11.20 18:00