Nazirlik rəsmisindən koronavirusa qarşı eynitipli müalicə üsulunun tətbiqi təhlükəsi ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Nazirlik rəsmisindən koronavirusa qarşı eynitipli müalicə üsulunun tətbiqi təhlükəsi ilə bağlı AÇIQLAMA

“Son günlər koronavirusa yoluxanların nəticəsi göstərir ki, xəstəliyin gedişatında xoşagəlməz artım davam edir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

Onun sözlərinə görə, kütləvi toplanma olan yerlərdə insanların karantin qaydalarına düzgün riayət etməməsi bu xəstəliyə yoluxma hallarının çoxalmasına gətirib çıxarıb:

“Xəstəliyin artması, ağırlaşma və ölüm hallarının artması xəstələrin gec müraciət etməsi ilə bağlıdır. Xəstələr çalışır ki, bir həftə, 10 gün evdə özünü müalicə etsinlər və vəziyyət ağırlaşanda həkimə müraciət edirlər. Təbii ki, bu zaman gec olur, həkim də artıq hansı antibiotikdən istifadənin xəstə üçün yaxşı olacağını seçməkdə çətinlik çəkir”.

“İnsanlar yaxınında kimsə antibiotiklərlə müalicə olunub və vəziyyəti düzəlibsə, o da həmin müalicədən istifadə etməyə çalışır. Bu, düzgün yanaşma deyil. Antibiotikləri həkim yazmalıdır. Eyni müalicəni hər bir insana tətbiq etmək olmaz. Qrip və ya COVID-19-a yoluxma olarsa, mütləq həkimə müraciət olunmalıdır”, - deyə o qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 401 24.11.20 14:18