“Dünya müflis olmaq həddinə çatıb“ - İqtisadçıdan bədbin proqnoz » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |    

“Dünya müflis olmaq həddinə çatıb“ - İqtisadçıdan bədbin proqnoz

"Dünya ölkələrinin borc yükü 272 trilyon dollara çatıb, bu da dünyanın 1 ildə yaratdığı ÜDM-in 364%-dir”.

Bnu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, bu, faciəvi durumdur:

"Dünya Bankını və BVF-nin kriterlərinə görə hər hansı bir ölkənin borcu ÜDM-nin 80%-nə çatırsa, bu ciddi təhlükə deməkdir, 100%-ni keçirsə, bu artıq müflisləşməyə yol açan durum sayılır. Məsələn, Yunanıstanın müflisləşməsi zamanı borcu ÜDM-nin 180%-nə çatmışdı, AB ölkələri, əsasən də Almaniya kömək etməsəydi, Yunanıstan düşdüyü durumdan çıxa bilməzdi və müflis elan ediləcəkdi”.

Ekspert bildirib ki, dünya müflislik səviyyəsinə çatıb, borclar silinməli, kimlərsə dünyada bankrot elan edilməlidir:

"Təəssüf ki, belə böyük borc yükünü müharibələrsiz (regional, geniş) silmək mümkün olmayacaq, ümumiyyətlə, dünyada yığılan və açılması mümkün olmayan düyünlər var, onlar da geniş müharibə olmadan çözülməyəcək. Beləliklə, hər bir gedişata hazır olmalı, güclü, hüquqi dövlət qurmalıyıq, çünki başqa yol yoxdur. Dünyanın "çivisi çıxıb", ədalət hüququn yox, gücün yanına keçib, indiki durumda zəiflərin ayaqlar altında qalması ehtimalı çox güclüdür. Necə deyərlər, ağır günlər bitir, indi bizi daha ağır günlər-illər gözləyir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            459 23.11.20 23:33