Putin Qarabağ münaqişəsinin həllinin Rusiya üçün əhəmiyyətindən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |    

Putin Qarabağ münaqişəsinin həllinin Rusiya üçün əhəmiyyətindən danışdı

Dağlıq Qarabağdakı kimi münaqişələr və onların tənzimlənməsi Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhməramlı əməliyyata həsr olunmuş iclasda çıxışı zamanı bildirib.

“Bizim üçün, Rusiya üçün bu tip münaqişələr və onların həlli xüsusi dəyər və xüsusi əhəmiyyət daşıyır, xüsusi rol oynayır”, - deyə V.Putin qeyd edib.

Rusiya prezidenti bildirib ki, Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi daxili təhlükəsizliyin təmin edilməsi baxımından vacibdir.

“Rusiyada milyonlarla azərbaycanlı və erməni yaşayır. Bizi bu respublikalarla çox əsrlik bağlar birləşdirir. Bu mənada bizim üçün daxili-siyasi ölçü də var və daxili təhlükəsizliyin təmin edilməsi, siyasət baxımından çox böyük maraq doğurur”, - deyə V.Putin qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            684 20.11.20 22:46