Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı

Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrin tənzimlənmə məsələsində bundan sonra da irəliləməyə kömək edəcəyinə ümid etdiyini açıqlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Qarabağda Rusiyanın sülhməramlı əməliyyatları barədə iclasda çıxışı zamanı Vladimir Putin qeyd edib ki, Azərbaycan və Ermənistandan olan həmkarları ilə yaxın vaxtlarda hər iki ölkəyə Rusiyanın qurumlararası nümayəndə heyətinin göndərilməsi üçün razılıq əldə olunub.

Rusiya Prezidentinin sözlərinə görə, nümayəndə heyətinin vəzifəsi – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabrda atəşkəsə dair üçtərəfli bəyanatının icrasının aktual, ən vacib məsələlərinin nəzərdən keçirilməsidir.

“Ümid eidrəm ki, keçiriləcək məsləhətləşmələr bu istiqamətlərdə ciddi irəliləyiş əldə etməyə kömək edəcək”, - deyə V.Putin bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            570 20.11.20 21:10