Yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq: 55 milyonluq layihə » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |    

Yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq: 55 milyonluq layihə

Mərcburi Köçkünlərin Sosial İnkişaf Fondu ümumi dəyəri 55 milyon 431 min 379 manat həcmində müəyyənləşən 18 açıq tenderinə yekun vurub.

Oxu.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində binaların tikintisi və müvafiq infrastrukturun təmin edilməsi üzrə 11 şirkətlə əməkdaşlıq ediləcək.

Tenderlər üzrə yaşayış məhəlləsində 15 binanın tikintisi aparılacaq. Ümumi tikinti işlərinə 48 milyon 990,6 min manat sərf olunacaq.

Yaşayış məhəlləsində məktəb, uşaq bağçası və müvafiq infrastrukturun təmin olunmasına isə 6 milyon 440,7 min manat vəsait ayrılacaq.

Belə ki, yeni yaşayış məhəlləsində doqquz mərtəbəli 54 mənzilli 1 nömrəli yaşayış binasının tikintisi “Müasir Tikintilər” MMC-yə həvalə olunacaq və tikintiyə 3 milyon 245,4 manat ayrılacaq.

“Rabitə İnşaat” ASC isə 2 və 3 nömrəli yaşayış binalarının tikintisini həyata keçirəcək. Müvafiq olaraq iki binaya 6 milyon 552,4 min manat xərclənəcək.

4 nömrəli yaşayış binasının tikintisi “Konsept Holding” MMC tərəfindən 3 milyon 277,7 min manata, 5 nömrəli binanın tikintisi “Tunel-Metro İnşaat” MMC tərəfindən 3 milyon 278,6 min manata həyata keçiriləcək.

Eləcə də, 6 və 7 nömrəli binalar “GM Construction” MMC tərəfindən inşa ediləcək və ayrı-ayrılıqda 3 milyon 270,2 min manat olmaqla, ümumilikdə, iki binanın tikintisi 6 milyon 540,4 min manata başa gələcək.

8 nömrəli yaşayış binasının tikintisi “Progress” Sənaye-İstehsalat şirkətinə həvalə olunub. Bu binanın tikintisinə 3 milyon 277,6 min manat ayrılacaq.

Eləcə də, 9 və 10 nömrəli binaların tikintisi “Alıbəyli Şirkəti” MMC-yə həvalə olunacaq və tikinti üçün şirkətə ayrı-ayrılıqda 3 milyon 273,4 min manat olmaqla, ümumi, 6 milyon 546,8 min manat ödəniş ediləcək.

“Azman Holding” MMC şirkəti 11 nömrəli binasının tikintisini 3 milyon 259,5 min manata icra edəcək.

“Akkord General Construction” MMC yeni yaşayış məhəlləsində 12 və 13 nömrəli yaşayış binasının tikintisini həyata keçirəcək. Müvafiq olaraq iki binaya görə ümumi 6 milyon 457,7 min manat vəsait tələb olunacaq.

3 milyon 278,9 başa gələcək 14 nömrəli yaşayış binasının tikintisi Kür-Araz Şirkətinə, 3 milyon 275,4 min manata başa gələcək 15 nömrəli yaşayış binasının tikintisi isə “M.Nazimoğlu” MMC-yə həvalə olunub.

Həmin yaşayış məhəlləsində 624 şagird-yerlik məktəbin istilik məntəqəsi tikintisi “Minera” MMC tərəfindən inşa ediləcək və bunun üçün 3 milyon 900,1 manat sərf olunacaq.

Məhəllədə 140 yerlik uşaq bağçasının istilik məntəqəsi ilə tikintisinə 1 milyon 925,9 manat sərf olunacaq. Tikinti “Turan.İ.O” MMC-yə həvalə olunub.

Yeni yaşayış məhəlləsində inzibati binanın istilik məntəqəsilə tikintisini “Azertikinti-M” MMC təmin edəcək və bu, 614,7 min manata başa gələcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 19.11.20 23:07