Tərtərə düşmən hücumu nəticəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Tərtərə düşmən hücumu nəticəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırıldı

Vətən Müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində ziyan dəyən qaz təsərrüfatının bərpası işləri davam etdirilir.

Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Bu günə olan məlumata görə, Tərtər rayonu üzrə 48 yaşayış məntəqəsində qaz təchizatı tam, normal rejimlərdə təmin edilib.

Yalnız cəmi 1969 abonentin (dörd yaşayış məntəqəsi üzrə) qaz təchizatı məhdud olaraq qalır ki, bunun da aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülməkdədir. Bundan ötrü rayonda lazımi avadanlıqlar və işçi qüvvəsi səfərbər olunub.

Qaz təchizatı müvəqqəti məhdudlaşdırılan ərazilər Tərtər şəhərinin bir hissəsi, Şıxarx qəsəbəsi, Əskipara, Səhlabad və Düyərli kəndləridir.

Döyüşlər zamanı qaz xətləri və avadanlıqlara ziyan dəymiş və təhlükəsizlik tədbiri olaraq məhdudiyyətlər tətbiq olunan digər ərazilər - Füzuli, Beyləqan, Ağcabədi, Ağdam və Bərdə rayonlarında qaz təchizatı tam bərpa olunub.

Ümumilikdə, qeyd edilən rayonlarda qaz alan yaşayış məntəqələrinin sayı 345, abonentlərin sayı isə 128 792 təşkil edir. Beləliklə, hazırda bu bölgədəkı yaşayış məntəqələrinin 98 faizi qaz alır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            528 19.11.20 14:18