İşğaldan azad olunmuş torpaqların iqtisadi potensialı nümayiş olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

İşğaldan azad olunmuş torpaqların iqtisadi potensialı nümayiş olunacaq

Azərbaycan “Qarabağ Azərbaycandır” şüarı ilə beynəlxalq sərgidə təmsil olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata əsasən, 18-21 noyabr tarixlərində İstanbul şəhərində Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək “MUSİAD Expo 2020” Sərgisində Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının iqtisadi və investisiya potensialı nümayiş olunacaq.

Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendi ilə təmsil olunacaq. Stend Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidinin formasında dizayn edilib.

Sərgidə iştirakda məqsəd Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin yeraltı və yerüstü sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir.

“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənəcək, eləcə də Azərbaycanın sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar veriləcək.

Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisində dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları, sənaye avadanlıqları nümayiş olunacaq, sərgi çərçivəsində bir sıra tədbirlər, o cümlədən, beynəlxalq biznes forum, iş adamları arasında ikitərəfli görüşlər və s. keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 098 16.11.20 14:52