Paşinyan 5 minə yaxın erməni hərbçisinin məhv edildiyi barədə məlumatı gizlədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Paşinyan 5 minə yaxın erməni hərbçisinin məhv edildiyi barədə məlumatı gizlədir

Ermənistan ordusu ikinci Qarabağ müharibəsində 4 750 hərbçisini itirib.

Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan özünün “Facebook” hesabından yazıb.

“İlk gündən həqiqi ölümləri gizlətmək üçün biabırçı və kədərli bir proses başladı”, - deyən sabiq diplomat əməliyyatın Ermənistanda şəxsən Paşinyanın, Qarabağda isə həyat yoldaşı tərəfindən idarə olunduğunu bildirib.

O, Gorus, Sisiyan, Vanadzor, Gümrü, Eçmiədzin və İrəvan morqlarında yer olmadığını da deyib.

“Və bu Ermənistanda XXI əsrdə - heç nəyi gizli saxlamağın mümkünsüz olduğu hesab olunduğu dövrdə baş verir. Məlum oldu ki, ölən oğlanların cəsədləri saatlarla soyuducuda gizlədilə bilər, çünki Nikol və Annaya gündə ortalama 30 qurbanın adının nəşrinə icazə verilib. Müharibə qurbanlarının son sayı isə hələ bəlli deyil. Əslində var, amma yayımlanmayıb. Fakt budur ki, beş gün əvvəl Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi Nikola bu an üçün itkilərin siyahısını təqdim edib”.

Onun sözlərinə görə, təqdim olunan siyahıda 1100 itkin düşmüş erməni hərbçisinin adı da var.

“Ermənistanın Baş nazirinə məruzə edilən 4750 təsdiqlənmiş ölüm. Bu, rəqəm deyil. Bu bir nəsildir, bu bir şəhərdir, bu böyük bir ordudur. Bu dəhşətin məsuliyyəti o qədər böyükdür ki, müharibənin son həftələrində ölənlərin adları dərc olunmadı, dəfndə havaya atəş açmağa icazə verilmədi. Bu reallıqdır”, - deyə o, sözlərini yekunlaşdırarkən bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            555 14.11.20 15:55