Rusiya helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başladı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Rusiya helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başladı - VİDEO
Rusiyaya məxsus Mi-8 və Mi-24 helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başlayıb.

TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Pilotlar “Erenbuni” aerodromuna gələn sülhməramlıları Qoris və Xankəndi şəhərlərinə qədər müşayiət edib”, - məlumatda bildirilib.

Helikopterlər atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət edir, həmçinin maddi və texniki əmlakın və şəxsi heyətin çatdırılmasının monitorinqini aparır.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi An-124 təyyarəsi ilə İrəvana 8 ədəd helikopterin çatdırıldığını açıqlamışdı.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          273 14.11.20 13:57