Hikmət Hacıyev: “İşğal olunmuş torpaqlarımızda törədilmiş vandalizm hərəkətləri ayrıca qiymətləndiriləcək” » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |    

Hikmət Hacıyev: “İşğal olunmuş torpaqlarımızda törədilmiş vandalizm hərəkətləri ayrıca qiymətləndiriləcək”

“Ermənistanın işğal olunmuş torpaqlarımızda 30 il ərzində törədilmiş vandalizm hərəkətləri proses çərçivəsində ayrıca olaraq qiymətləndiriləcək”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri bu gün Bakı Biznes Mərkəzində müharibə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və bunun aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən görülən işlər barəsində keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, işğaldan azad olan ərazilərimizdə ilkin qiymətləndirmədə Ermənistanın bu vandalizm siyasətini açıq şəkildə görürük:

“Hər zaman Azərbaycan bu faktları qaldırdığı halda fiziki olaraq ərazilərə giriş imkanımız olmadığı üçün bunu tam faktlarla ortaya qoymaqda çətinliklər yaranırdı. Torpaqlar işğaldan azad olunub və bu qiymətləndirmə həyata keçirilir”.

O qeyd edib ki, dəymiş zərərin qiymətləndirilməsi məsələsində yerli özəl sektorla birgə əməkdaşlıq həyata keçirilir:

“Beynəlxalaq təşkilatlar, müstəqil beynəlxalq təsisatlar bu prosesə cəlb edilir. Zərərin miqyası hesablanacaq, ümumi nəticəyə gəlinərək rəqəmlər Xarici işlər Nazirliyi ilə beynəlxalq təşkilatlara təqdim ediləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            426 13.11.20 19:07