Azərbaycanda yaşayan hindistanlılar xalqımıza və ordumuza dəstək olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:07 Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO  |     12:04 Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA (VİDEO)  |     12:03 Sulutəpədə qadını maşın vurub parçaladı  |     11:51 Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     11:38 Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək  |     11:21 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |    

Azərbaycanda yaşayan hindistanlılar xalqımıza və ordumuza dəstək olub

Ölkəmizdə yaşayan və işləyən xarici ölkə vətəndaşları Azərbaycan ordusunun Qarabağda apardığı uğurlu hərbi əməliyyatlar müddətində müxtəlif yardım kampaniyalarında yaxından iştirak edib, öz dəstəklərini veriblər.

Bu barədə Hindistanın “Bhaskar” agentliyində xüsusi məqalə dərc edilib.

Yazıda qeyd olunur ki, Bakı şəhərində yaşayan Hindistan icması da döyüş əməliyyatlarının getdiyi müddətdə bu prosesdən kənarda qalmayıb.

Məqalədə Azərbaycanda yaşayan və burada tibb sahəsində iş quran hindistanlı həkimlərin müharibədən xəsarət alan vətəndaşlarımıza yardımından söz açılıb.

Belə ki, paytaxta yerləşən “Indian Clinic” tibb mərkəzinin rəhbəri, hindistanlı həkim Radjni De Mello və onun həyat yoldaşı Ronald De Mello müharibədə xəsarət alanların müalicəsində birbaşa iştirak edirlər.

“Hindistan icması Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 10 min manat vəsait köçürüb. Azərbaycan ordusuna dəstək üçün avtoyürüş təşkil olunub. Azərbaycanda yaşayan hindistanlılar gələcəkdə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək və əlindən gələn qədər öz yardımlarını davam etdirəcək”, - deyə hindistanlı həkim Radjni De Mello bildirib.

Hindistanlı həkim Azərbaycanın yaşadığı acıları bölüşdüklərini və yaşadıqları bu gözəl ölkənin müharibədən zərər çəkmiş ailələrinə, onların övladlarına maddi və mənəvi dəstək olmağa davam edəcəklərini vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            507 12.11.20 15:11