İƏT Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam ziyarətgahlarının dağıdılmasından narahatlığını ifadə edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

İƏT Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam ziyarətgahlarının dağıdılmasından narahatlığını ifadə edib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirib.

Bu barədə İƏT-in bəyanatında bildirilib.

Maddi və mənəvi dəyərlərin qəsdən dağıdılması və talan edilməsi, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin dağıdılması, həmçinin tarixin qanunsuz mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur.

İşğal olunmuş ərazilərdəki çoxəsrlik irs obyektlərindən sui-istifadə beynəlxalq hüququn və konvensiyaların, məhz Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının, ona əlavə edilmiş 1954 və 1999-cu illər protokollarının açıq şəkildə pozulmasıdır.

İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında “İslamın tarixi və mədəni irsini tamamilə məhv etmək məqsədi ilə erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında törədilən barbar hərəkətləri pisləyən” “İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-C saylı qətnaməni qəbul edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 140 12.11.20 12:37