Leyla Əliyevanın təşəbbüsü ilə Ermənistanın ekoloji terroru barədə dəyirmi masa keçirilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Leyla Əliyevanın təşəbbüsü ilə Ermənistanın ekoloji terroru barədə dəyirmi masa keçirilib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 6 noyabr 2020-ci il tarixində “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” adlı onlayn dəyirmi masa keçirilib.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin məhvi, ölkəmizin müxtəlif rayonlarında yerləşən mülki obyektlərin atəşə tutulması nəticəsində baş verən meşə yanğınları fonunda keçirilən tədbir həmçinin 6 noyabr - Beynəlxalq Ətraf Mühitin Müharibə və Hərbi Münaqişələr Zamanı İstismar Edilməsinin Qarşısının Alınması Gününə təsadüf edilib.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji hərəkatının gənc ekoliderləri və EkoSfera Sosial-Ekoloji Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən dəyirmi masanın əsas məqsədi müzəffər Azərbaycanın ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması və məsələyə diqqətin cəlb edilməsidir.

“Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” onlayn dəyirmi masada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri müavini Vüqar Kərimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, EkoSfera Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə tərəfindən təqdimatlar və çıxışlar edilib.

Dəyirmi masada iştirak edən KİV nümayəndələrinin, ekokönüllülərin və gənc ekoliderlərin diqqətinə Ermənistanın Azərbaycana qarşı ekoloji terror həyata keçirməsi, işğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar etməsi, ətraf mühitin ekoloji tarazlığını pozması və istehsal tullantıları ilə içməli su hövzələrini çirkləndirməsi barədə məlumatlar çatdırılmışdır. Bununla yanaşı, tədbir zamanı Azərbaycanın təcavüzə məruz qalmış təbii resurslarının bərpa edilməsi, habelə gənclərin bu prosesə cəlb edilməsi və potensial rolu məsələləri müzakirə edilib.

Tədbir iştirakçıları BMT-nin “6 noyabr - Müharibə və hərbi münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü” ilə əlaqədar hər kəsi dünyanın bütün ekoloji təşkilatlarını və geniş ictimaiyyətin məlumatlandırılmasını həyata keçirməyə, Ermənistanın ekoloji aqressiv-terrorçu niyyətlərinə qarşı etirazınızı bildirməyə səsləyir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            603 06.11.20 20:43