Лондон
C

COVID-19-la mübarizədə çalışan kubalı tibb heyyəti Azərbaycana gəldi

Yeni növ koronavirusla (COVID-19) mübarizə sahəsində çalışan Kubadan olan növbəti tibb heyyəti Azərbaycandadır.

Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, 120 nəfərdən ibarət kubalı tibb mütəxəssisi xüsusi reyslə noyabrn 6-da ölkəmizə gəlib. Bu heyət üç ay müddətində Azərbaycanda olacaq. Onlar yerli tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcəklər. Həmçinin, ölkəmizdə epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə məşğul olacaqlar.

TƏBİB-in Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, bu mütəxəssislər Azərbaycan hökumətinin dəvəti, Azərbaycan və Kubanın müvafiq qurumları arasında imzalanmış sazişə əsasən ölkəmizə gəliblər. Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyinin həkimlərindən, tibb bacı və qardaşlarından ibarət heyət müvvəqqəti olaraq modul tipli xəstəxanaya çevrilmiş Abşeron İdman Olimpiya Kompleksində koronavirusla mübarizə aparacaq.

Qeyd edək ki, bundan əvvəl Kubadan olan bir qrup tibb işçisi COVID-19-la mübarizədə dəstək üçün Azərbaycanda olub. Ümumilikdə, bu ölkənin tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərirlər.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев