190 manatlıq ödəmələr üçün nə qədər vəsait sərf olunacaq? - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

190 manatlıq ödəmələr üçün nə qədər vəsait sərf olunacaq? - RƏSMİ

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti sosial dəstək tədbirinin icrasına başlanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) veriləcək.

Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı da qəbul edilib.

Adıçəkilən şəhər və rayonlar üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra həmin məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Bunun üçün vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur.

Vəsait birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara SMS vasitəsilə rəsmi bildiriş göndəriləcək.

Birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır. Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min şəxsə, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3 və 4-cü dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 332 milyon manat sərf olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            543 06.11.20 17:03