Yoxlamalar zamanı 164 ictimai iaşə obyektində, 18 mehmanxanada nöqsanlar aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |    

Yoxlamalar zamanı 164 ictimai iaşə obyektində, 18 mehmanxanada nöqsanlar aşkarlanıb

Oktyabrın 26-dan noyabrın 1-nə qədər olan müddətdə ölkə üzrə ictimai iaşə obyektlərində 3992 və mehmanxanalarda 419 monitorinq keçirilib. Monitorinqlər zamanı ictimai iaşə obyektlərində 164 nöqsan, mehmanxanalarda isə 18 nöqsan aşkar olunub.

Bu barədə Turizm Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, ictimai iaşə obyektlərində aşkar edilmiş nöqsanların 80 faizi işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməsi, 14 faizi isə tibbi maskanın təmin edilməsi ilə bağlı tələbə riayət olunmamasının payına düşür.

Mehmanxanalardakı nöqsanların 50 faizi işçilərin iş prosesində xidmət sahəsinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə edilməsi (maska, üz sipəri, əlcək və s.), 33 faizi isə mehmanxanaların ictimai iaşə zonalarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət edilməsi, obyektlərinin qarşısında (girişində) həmin obyektlərin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normalarının əks olunduğu xüsusi lövhələrin girişdə hər kəsin görə biləcəyi yerdə olması ilə bağlı tələbə riayət edilməməsinin payına düşür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            453 03.11.20 13:46