İlham Əliyev: “Biz erməni faşizminin belini qırırıq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |    

İlham Əliyev: “Biz erməni faşizminin belini qırırıq”

“Baxmayaraq ki, bizim ordumuz çox uğurlu əməliyyatlar həyata keçirirdi, beynəlxalq vasitəçilərin təklifləri nəzərə alınaraq üç dəfə atəşkəslə bağlı Ermənistanla razılığa gəlindi. Lakin hər dəfə onlar atəşkəsi kobud şəkildə pozdu”.

Bu sözləri Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

Prezident bildirib ki, Ermənistan öz faşist əməllərindən əl çəkmir:

“İlk olaraq Gəncə şəhəri ballistik raketlərlə atəşə tutdular. İkinci dəfə atəşkəsdən cəmi 4-5 dəqiqə sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi atıblar. Nəticədə 21 nəfər mülki şəxs həlak olub, 70 insan isə yaralanıb. Gəncəyə isə iki ballistik raketlə edilən hücum nəticəsində mülki şəxslər həlak olub. Bu erməni faşizminin eybəcər sifətidir. Biz, nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz erməni faşizminin belini qırırıq”.

İ.Əliyev qeyd edib ki, əgər Ermənistan bu gün atəşi dayandırıb danışıqlar masası arxasında konstruktiv mövqe göstərsə, biz dayanmağa hazırıq:

“Biz hesab edirik ki, Qarabağ münaqişəsinin həlli hərbi-siyasi müstəviyə keçməlidir. Biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları ciddi düşünüb bu qərara gəlməyə vadar edəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            561 02.11.20 16:00