Baş Prokurorluğun cinayət işi açdığı separatist Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |    

Baş Prokurorluğun cinayət işi açdığı separatist Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO

Ermənistan ordusu Azərbaycana qarşı separatistlərdən yararlanmaqda davam edir.

Bu dəfə Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin erməni separatçılarına rəhbərlik edən, Azərbaycan Baş Prokurorluğu tərəfindən oktyabrın 9-da haqqında cinayət işi açılmış Vaaqn Çaxalyan çağırış edib.

O, Gürcüstanın bu bölgəsində yaşayan erməniləri Qarabağda müharibəyə səsləyib. O, ermənilərin döyüşdən əvvəl təlim keçəcəyini bildirib və qoşulmaq istəyənlər üçün əlaqə nömrəsini öz “Facebook” hesabında yerləşdirib.

Qeyd edək ki, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşən Samtsxe-Cavaxeti bölgəsində etnik ermənilər yaşayır. Onlar bu bölgənin Cavaxeti (ermənilər Cavaxk adlandırırlar – S.M.) hissəsinə iddia edirlər, həmin əraziyə muxtariyyət verilməsini və ya Ermənistana birləşdirilməsini tələb edirlər.
Ermənilərin Gürcüstan vətəndaşı olan etnik ermənilərin xidmətindən istifadə etməsi isə digər təhlükələrə yol açır. Heç kim zəmanət verə bilməz ki, Qarabağda hərbi təlimlərdə iştirak edən etnik ermənilər daha sonra Gürcüstan üçün təhlükə mənbəyinə çevrilməyəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            612 31.10.20 21:22