Rəsmi Bakı düşmənin daha bir yalanını ifşa etdi: “Fosfor tərkibli maddələr...” » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |    

Rəsmi Bakı düşmənin daha bir yalanını ifşa etdi: “Fosfor tərkibli maddələr...”

“Son zamanlar Ermənistan tərəfindən çoxlu sayda saxta videoların yayılması müşahidə olunur”.

Median.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan iddia edir ki, guya Azərbaycanda ordusunda xarici döyüşçülər iştirak edir:

“Bunlar saxta məlumatlardır. Belə təxribat xaraketli məlumatlardan biri də bu günlərdə Azərbaycan tərəfinin guya fosfor tərkibli döyüş sursatlarının istifadə etməsi ilə bağlı olan məlumatdır.

Azərbaycan tərəfində olan kəşfiyyat məlumatlarına əsasən, düşmən tərəfi Xocavənd istiqamətində fosfor tərkibli maddələrin, döyüş sursatlarının daşınmasını həyata keçirir. Burada əsas məqsəd bunlardan Azərbaycana qarşı istifadə etməkdir. Bu, açıq təxribatdır.

Məqsəd Azərbaycanın fosfor tərkibli maddələrin istifadə etməsi ilə bağlı dezinformasiyalar yaymaqla, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır”.

“Ermənistanın bu kimi saxta məlumatları yaymaqla, dinc əhalini hədəfə almaqda məqsədi bəllidir. Onlar münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. Onlar işğalı möhkəmləndirmək, eyni zamanda, üçüncü tərəfi bu münaqişəyə cəlb etmək istəyir” - deyə XİN rəsmisi qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            498 31.10.20 18:40