85 yaşlı əsir Ermənistanda işgəncələrə məruz qalaraq ifadə verib - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

85 yaşlı əsir Ermənistanda işgəncələrə məruz qalaraq ifadə verib - RƏSMİ

“Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyasının humanitar dəstəyi ilə Ermənistan tərəfə təhvil verilmiş 85 yaşlı Evgeniya Babayanın Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarılması ciddi təəssüf və narahatlıq doğurur”.
Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən təqdim olunan səhnələşdirilmiş videoda yaşlı qadın əvvəlcədən təqdim olunmuş mətn üzrə fikir söyləməyə məcbur edilir:
“Bizdə olan məlumata görə, həmin qadının yaxın qohumları da Ermənistanın xüsusi xidmət orqanları tərəfindən istintaqa cəlb edilib. Döyüş meydanında Ermənistan silahlı qüvvələri tərəfindən yalnız qoyulan və fiziki yardıma ehtiyacı olan Evgeniya Babayana Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərilib.
Ermənistandan fərqli olaraq bu yaşlı qadın müstəntiq qarşısına çıxarılmayıb və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə xəstəxanada yerləşdirilib”.
“Prezident İlham Əliyevin humanist təşəbbüsü ilə iki yaşlı erməni və erməni əsgərlərinin cəsədlərinin 18 oktyabrda Ermənistana verilməsi təklif olunsa da, Ermənistan bundan imtina edib. Ermənistan tərəfi yalnız 28 oktyabrda bu qadını, 29 oktyabrda isə erməni əsgərlərin cəsədlərini qəbul etməyə razılıq verib. 
84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəyib, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina edib.
Xroniki xəstəliklərdən əziyyət çəkən və xəstəxanada yerləşdirilən Mişa Melkumyan Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin nəzarəti altında olub. Həmin şəxs əziyyət çəkdiyi çoxsaylı xroniki xəstəliklərdən vəfat edib. Ermənistan tərəfi qəbul etməyə imtina etdiyi bu yaşlı şəxsin vəfatını da səhnələşdirib propaqanda mövzusuna çevirəcəkdir.
Ermənistan xüsusi xidmət və istintaq orqanlarının 84 yaşlı qadına və onun yaxın qohumlarına psixoloji təsir göstərərək Azərbaycana qarşı ifadələr almasını, onu Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırmasını qəti şəkildə pisləyirik. Sağlamlıq durumu yaxşı olmayan yaşlıq qadına qarşı bu cür qeyri-humanist davranış qəbuledilməzdir”, - deyə H.Hacyev əlavə edib. скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            840 31.10.20 13:40