Latviyalı deputat: Ermənistan təcili olaraq Azərbaycan torpaqlarını tərk etməlidir » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |    

Latviyalı deputat: Ermənistan təcili olaraq Azərbaycan torpaqlarını tərk etməlidir

Əgər Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmirsə, o zaman sanksiyalar, məsələn, siyasətçilərin müəyyən bir ölkəyə girişinin qadağan edilməsi, bəzi təşkilatlarda səs hüququndan məhrum edilməsi tətbiq edilməlidir. Düşünürəm ki, dünya dövlətləri bu cür sanksiyalar tətbiq etsəydilər, bu gün belə bir qarşıdurma olmazdı.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Latviyanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin üzvü Romans Naudinş deyib.

Romans Naudinş qeyd edib ki, Avropa İttifaqı və dünyanın aparıcı ölkələri 30 il ərzində Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa və beynəlxalq hüquqa riayət etməyə məcbur etmək üçün çox az iş görüb: "Arzu edirəm ki, sülh bərpa olunsun və Cənubi Qafqaz ölkələri də Baltikyanı ölkələr kimi dinc və mehriban şəraitdə yaşasınlar. Bunun mümkün olduğunu bilirəm və olacağına da əminəm, çünki tarixdə belə nümunələr olub. 1980-ci illərin sonuna qədər azərbaycanlıların və ermənilərin birlikdə yaşadığı Dağlıq Qarabağda heç bir problem yox idi. Onlar orada sülh və mehriban qonşuluq şəraitində yaşayırdılar. Bu məsələdə yalnız Ermənistan və Azərbaycan deyil, beynəlxalq təşkilatlar və siyasətçilər də məsuliyyəti öz üzərinə götürməlidirlər, çünki qan yalnız döyüş meydanında deyil, dinc şəhərlərdə də tökülür".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            516 30.10.20 21:05